Aşağıbüdcəli “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) İzmir aeroportuna məcburi eniş edib. Bu barədə şənbə günü aviaşirkətdən məlumat verilib.
“Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib. Hava gəmilərinin kapitanları İzmir aeroportuna enməyə qərar veriblər”, - “Buta Airways”ın Facebook səhifəsində məlumat verilir.
Şənbə günü səhər aviaşirkət məlumat verib ki, Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.
Daha sonra şirkətdən bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. “Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb”, - loukoster dəqiqləşdirib.
“Buta Airways”dan qeyd ediblər ki, İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək. **
R.Kərimov