Bolqarıstan Ukraynada vəziyyət fonunda Rusiya qazının tədrükünə dair bu il başa çatmaqda olan müqavilənin müddətini uzatmaq niyyətində deyil. Ölkə Azərbaycandan tədarükə, CNG-yə və Aİ-nin birgə qaz alışı ilə bağlı müzakirə edilən mexaizminə ümid edir. Bu barədə Bolqarıstanın baş nazirinin müavini Assen Vasilev BNR milli radionun efirində məlumat verib.
“Bu vəziyyətdə “Qazprom” ilə danışıqlar ola bilməz”, - Bloomberq agentliyi Vasilevin sözlərindən sitat gətirir. “Biz CNG-nin tədarükü üçün mövcud infrastrukturun istifadəsi barədə həm Yunanıstan, həm də Türkiyə ilə və müqaviləmiz olduğu Azərbaycanla tədarükün artırılmasına dair danışıqlar apardıq”, - o əlavə edib. **