Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib”, - Əliyev 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş Tərtər rayonunun Suqovuşan qəsəbəsində bəyan edib.
Dövlət başçısı əmindir ki, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq.
«Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir”, - Əliyev bəyan edib.
“Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”, - prezident Əliyev vurğulayıb. **
R.Kərimov