Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak ediblər. Bu barədə bazar günü dövlət başçısının saytında məlumat verilir.
Qeyd olunur ki, Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak edib, yeni tikiləcək məscidin və Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyub.
Dövlət başçısı “Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatında iştirak edib.
Həmçinin, Əliyev ümumi yaşayış sahəsi 92 kvadratmetr olan fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub, qəsəbədə təmir ediləcək 144 şagird yerlik tam orta məktəbin binasında olub. **
R.Kərimov