Azərbaycanda koronavirus infeksiyasına 78 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791 min 482-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 116 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 656 nəfərə çatıb.
Virusa yoluxmuş 780 min 986 min nəfər (sutka ərzində +215) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 840 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 956(ötən gün 5 min 144 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 666 min 40 test aparılıb.**
R.Kərimov