Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.
“Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər. **
B.Rüstəmbəyov