Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791 min 545-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 29 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər (ötən gün 3 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 666 nəfərə çatıb.
Virusa yoluxmuş 781 min 202 nəfər (sutka ərzində +145) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 677 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 741 (ötən gün 2 min 506 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 671 min 287 test aparılıb.**
B.Rüstəmbəyov