Azərbaycan vətəndaşı Füzuli rayonu ərazisində minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.*