Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması məqsədilə Azərbaycanla dərhal danışıqlara başlamaq lazım olduğunu bəyan edib.
“Düydada və regionda vəziyyət gərgindir və biz gərginliyin azalması və əsas qərarların axtarışı üçün özümüzü məsuliyyətli hesab edirik. Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işlərlə paralel olaraq sərhədlərdə təhlükəsizlik və sabitliyin artırılması üzrə fəaliyyəti sürətlədirmək lazımdır.
“Biz, Sovet dövründə de-yure təsdiq edilmiş sərhədyanı xəttlərə əsasən, qoşunların sərhədlərdən eyni anda geri çəkilməsi təklifi ilə çıxış etmişik. Lakin, bundan başqa, biz həmçinin qoşunların lokal geri çəkilməsi təklifi ilə də çıxış etmişik və Azərbaycandan cavab gözləyirik. Xüsusilə, Yerasx ərazisində (Naxçıvanla sərhəd - İF) təklif etdik ki, Azərbaycan bizim ərazimizdən bir neçə mövqe geri çəkilsin, biz isə onların ərazisindən geri çəkilək. Beləliklə, biz son 1,5 il ərzində ən qaynar nöqtələrdən biri ilə əlaqədar məsələni qarşılıqlı həll edərik”, - Paşinyan qeyd edib.
O, həmçinin bəyan edib ki, regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyi indiyədək aydın deyil. “Biz hələ də başa düşmədik, Azərbaycan regional kommunikasiyaların açılmasını istəyir, ya yox. Əgər istəyirsə, o zaman təkiflərimiz qüvvədədir və biz istənilən zaman onların reallaşdırılmasına başlamağa hazırıq”, - Ermənistanın baş naziri bəyan edib. **