Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791,604 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 38 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9672 nəfərə çatıb.
Virusa yoluxmuş 781,394 min nəfər (sutka ərzində +91) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 538 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 806 (ötən gün 2 695 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 676,788 min test aparılıb.**
X.Nəsirzadə