Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ regionunda vəziyyətin gərginləşdiyi barədə yayılan bəyanatları təkzib edir.
“Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir. Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib”, - nazirliyin bəyanatında deyilir.
Müdafiə Nazirliyində hesab edirlər ki, erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. “Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur”, - məumatda qeyd olunur
Nazirlikdən vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir. **
X.Nəsirzadə