Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində silahlı toqquşmanın baş verməsi barədə Ermənistan tərəfinin yaydığı xəbərləri təkzib edib.
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır”, - deyə nazirlikdən bildiriblər.
Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
“Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə nazirliyin məlumatında qeyd olunub.*