Martın 25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə nazirləri Qarabağdakı (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonada) vəziyyəti və Cənubi Qafqazda təhlükəsizliyin qorunması yollarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.*