Xankəndidən olan deputat Tural Gəncəliyev Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizliyin təmin edilməsi məsələsinin iki həll variantı olduğunu hesab edir.
“Azərbaycanın Qarabağ bölgəsindəki bütün erməni terrorçu birləşmələri ya bizim suveren ərazilərimizdən çıxarılmalıdır, ya da Azərbaycan qanunvericiliyinə müvafiq olaraq cəzalandırılmalıdır. Üçüncü seçim mümkün deyil”, - deyə o, Twitter hesabındakı paylaşımında bildirib.*