Ağdam rayonunda buldozer minaya düşüb. Bu barədə Baş Prokurorluğun bu gün yaydığı məlumatda deyilir.
“Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir-tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub”, - deyə məlumatda bildirilir.
Nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.*