Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərin tibbi və fərdi qəza sığortası xidmətləri üzrə sığorta şirkəti seçib.
Məlumata əsasən,ANAMA-nın elan etdiyi təkliflər sorğusunun qalibi “PAŞA Sığorta” şirkəti olub. Şirkət ilə 877,5 min manat məbləğində müqavilə bağlanıb.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentliyin nizamnamə fondu 100 min manat məbləğində təsdiq edilib.**
R.Əhmədov