Fevralda OPEC+ ölkələri sazişi 136% yerinə yetiribər, bunlardan OPEC ölkələri – 136%, qeyri-OPEC ölkələri – 135% yerinə yetirib. Bu barədə “İnterfaks”a alyansın hesabatı ilə tanış olan mənbə məlumat verib.
Qüvvədə olan plaa əsasən, OPEC+ ölkələrinin neft hasilatı üzrə kvotası hər ay gündəlik 400 min barel artır.
OPEC+ ölkələrinin hasil etmədiyi həcmin təxminən yarısı Rusiyanın payına düşür. Fevralda Rusiya tərəfindən müəyyən edilmiş gündəlik kvotadan 170 min barel az neft hasil edilib (saziş 122% yerinə yetirilib).
Qalan həcm Malayziya (gündəlik 130 min barel az) və Azərbaycanın (gündəlik 90 min barel az) payına düşüb. **