“Buta Airways” aviaşirkəti 1 iyun tarixindən yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək.
Batumi şəhərinə reys aviaşirkətin Tbilisidən sonra Gürcüstana ikinci bərpa olunmuş beynəlxalq istiqamətidir.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. **
N.Abbasova