Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyaya səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib.
“Şahbazovun Almaniyaya səfəri bu ölkənin federal xarici işlər naziri Annalena Berbok və federal iqtisadiyyat və iqlim mühafizəsi üzrə nazir Robert Habekin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində nazir 29-30 mart tarixlərində "8-ci Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, Şahbazov tədbir çərçivəsində “Ədalətli və sosial enerji keçidinin təkanverici amilləri” mövzusunda panel müzakirələrinə qatılacaq. **
B.Rüstəmbəyov