Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 25-28 mart tatixlərində Qətərə işgüzar səfər edib.Bu barədə XİN-in rəsmi saytında məlumat verilir.
“Rzayev səfər zamanı 20-ci Doha Forumunda iştirak edib və təbdirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib”, - XİN-dən qeyd edilib.
Həmçinin, Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.
“Nazir müavini, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha filialini ziyarət edib, universitet ilə Azərbaycan arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparıb”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev