Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 2403 19 100 1 və 2403 19 900 1 alt yarımmövqeləri üzrə təsnifləşdirilən istehsal məqsədli çəkməli tütünün 31 dekabr 2023-cü il tarixinədək spesifik idxal rüsumlarının tətbiqindən azad ediləcək.
Qərarın məqsədi daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınmasıdır.
Bu qərar 19 mart 2022-ci ildən etibarən qüvvəyə minir. **
R.Əhmədov