Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
“Söhbət Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Zelenski Əliyevi Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər”, - Azərbaycan prezidentinin Mətbuat Xidmətinin məlumatında deyilir.
Telefon danışığı əsnasında Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Əliyevə təşəkkürünü bildirib.
“Prezident Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır”, - məlumatda qeyd edilir.
N.Abbasova