Azərbaycan əkin üçün Ukraynaya yanacaq verməyə hazırdır, buna görə Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın dövlət başçısı İlham Əiyevə təşəkkür edib.
“Azərbaycan prezidenti ilə danışıqlar apardım. RF-nin dinc əhaliyə endirdiyi yeni zərbələr barədə məlumatlandırdım. Yaşıl dəhlizlərə olan təcili tələbatı müzakirə etdik. Humanitar yardım və əkin üçün yanacaq təminatına hazırlığa görə təşəkkür etdim”, - Zelenski Twitter hesabında yazıb. **