Azərbaycanda koronavirus infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791,766 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 55 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9684 nəfərə çatıb.
Virusa yoluxmuş 781,788 min nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 294 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2285 (ötən gün 3313 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 687,581 min test aparılıb.**
N.Abbasova