Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $105 milyon satıb.
Martın 17-də keçirilən hərracda banklara $77,8 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $105 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB qeyd edir ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.*
B.Rüstəmbəyov