2021-ci ildə “Qala Həyat Sığorta” şirkətinin xalis mənfəəti 4 milyon 741 min 43,99 manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2021-ci il ərzində onun gəlirləri 19 milyon 350 min 919,3 manat, o cümlədən sığorta haqları 19 milyon 184,392 min manat (2020-ci illə müqayisədə artım 20,3%) təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2021-ci ildə şirkətin xərcləri 13 milyon 205 min 233,05 manat, o cümlədən sığorta ödənişləri 3 milyon 119,408 min manat (azalma 23%), geri qaytarılan sığorta haqları 1 milyon 451,138 min manat, təkrar sığortaya verilən sığorta haqları 341,777 min manat, işlərin aparılması xərcləri 8 milyon 244,462 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 6 milyon 145 min 686,25 manat, mənfəət vergisi üzrə ödənişləri 1 milyon 404 min 642,26 manat təşkil edib.
Hesabat ilində şirkətin aktivləri 17,2% - 45 milyon 630,651 min manata, öhdəlikləri 67,7% - 22 milyon 211,859 min manata qədər artıb, kapitalı 8,8% – 23 milyon 418,792 min manata qədər azalıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 60,6% - 9 milyon 100 min manata qədər artıb.
“Qala Həyat Sığorta” şirkəti 2008-ci ilin iyul ayında sığorta fəaliyyəti üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 milyon 41,6 min manata bərabərdir.*
X.Nəsirzadə