ABŞ növbəti maliyyə ilində Azərbaycana $9,14 milyon məbləğində vəsait ayırmağı planlaşdırır.
Bu məbləğ ABŞ-ın 2023-cü maliyyə ili üçün federal büdcəsi layihəsində nəzərdə tutulub. Layihə Dövlət Departamentinin saytında dərc olunub.
2022-ci maliyyə ilində Vaşinqtonun Bakıya maliyyə yardımının həcmi $9,14 milyon, 2021-ci ildə $8,33 milyon təşkil edib.
Bütövlükdə, müstəqillik dövründə Azərbaycan ABŞ-dan $984,429 milyon məbləğində maliyyə yardımı alıb.
Sənədə əsasən, ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı (IMET) çərçivəsində Azərbaycana təxminən $600 min ayıracaq.
2023-cü il üçün federal büdcə layihəsində Ermənistana maliyyə dəstəyi kimi $22,78 milyon, Gürcüstana isə $88,025 milyon məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.*
E.Şəfiyev