Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Dövlət Dumasının üzvü Mixail Delyaginin Azərbaycanın neft infrastrukturunu vurmaqla bağlı çağırışı dövlətin mövqeyinə uyğun deyil.
“Bu bəyanat Rusiya Federasiyasının xəttinə uyğun deyil və ola bilməz. Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - deyə o, bu gün junalistlərə bildirib.
Mətbuat katibi vurğulayıb ki, Rusiyanın Qarabağda sülhün qorunması və tərəflərin öhdəliklərini yerinə yetirməsi istiqamətində səy göstərdiyi şəraitdə emosiyaları cilovlamaq vacibdir.
Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin gərginləşməsi fonunda verdiyi bəyanatda Azərbaycana qarşı təxribata yol verib, ölkənin neft sənayesini məhv etməyə çağırış edib.*