Azərbaycanın Berndəki səfiri Fuad İsgəndərov AŞPA-da İsveçrəni təmsil edən nümayəndə heyətinin rəhbəri Damyen Kottye ilə görüşüb.
“AŞPA-da İsveçrə nümayəndə heyətinin rəhbəri cənab Damyen Kottye ilə konstruktiv görüş keçirdik. Bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar, sülhə nail olunması yolları barədə fikir mübadiləsi apardıq, həmçinin İsveçrə iqtisadiyyatının bu proseslərə daha fəal şəkildə cəlb olunması perspektivlərini müzakirə etdik”, - deyə İsgəndərov Twitter hesabında yazıb.*
E.Şəfiyev