Transxəzər interkonnektoru layihəsinin əsas hissəsinin həyata keçirilməsi üçün ilkin hesablamalara görə təxminən 4 ay və $400 milyon həcmində sərmayə tələb olunacaq. Bunu “Trans Caspian Resources” şirkətinin Məşvərət Komitəsinin direktoru Natali Kostello deyib.
“Layihənin həyata keçirilməsi üçün Türkmənistan və Azərbaycanda Xəzər dənizindəki mövcud infrastruktur əsas olaraq götürüləcək”, - deyə o, bu gün Aşqabadda keçirilən “Türkmənistan nefti və qazı” adlı forumda çıxışı zamanı bildirib.
Daha əvvəl layihə $500-800 milyon dəyərində qiymətləndirilirdi, icra müddəti isə 24 ayı əhatə edirdi.
Kostello qeyd edib ki, interkonnektor vasitəsilə Türkmənistan təbii qazının Azərbaycana, daha sonra isə regiona, Türkiyəyə və mavi yanacağa tələbatı olacaq digər ölkələrə nəqli mümkün olacaq.
Onun sözlərinə görə, interkonnektor ildə 10-12 milyard kubmetr təbii qazın nəqlini təmin edəcək.*