“VMedia” Youtube kanalı “Nə zaman Erməistan nəhayət Erməistanla məşğul olacaq?” adlı növbəti video təqdim edib. Filmdə söhbət ondan gedir ki, əgər Azərbaycan müharibə və işğala baxmayaraq, Qarabağ münaqişəsinin davan etdiyi 30 il ərzində plana uyğun şəkildə dövlət quruculuğu və iqtisadiyyatın inkişafı ilə məşğul olubsa, Ermənistanda isə ucuz təxribatlara çox böyük resurslar və güc sərf edilib və edilməkdədir.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, videonun müəllifləri heç bir praktiki məna kəsb etməyən, sırf Azərbaycanın nüfuzuna zərbə vurmaq məqsədilə törədilən son zamanlar Ermənistanın ən mənasız hərəkətləri və bəyanatlarının bəzilərini sadalayırlar. Həm də Ermənistanın özünə zərər verən. Cəbrayıla yol inşası ilə bağlı Paşinyanın hədələyici vədləri bunun bazriz nümunəsidir. Filmin müəlliflərinin ironiya ilə qeyd etdikləri kimi, “bu yaxınlarda baş verən hadisələrə əsaslanaraq, Paşinyan Sünikə yol salmaq niyyətində olsaydı daha yaxşı olardı...”.
Filmdə qeyd edilir ki, Ermənistan postmünaqişə dövründə regionda davamlı sülhə yönələn yenidən konstruktiv mövqe nümayiş etdirmir, onun rəhbərləri isə təkrar sevimli feyk şou və təxribatlara əl atırlar.
“Aydındır ki, bu insanların təfəkküründə heç nə dəyişməyib – onlar 30 illik müvəffəqiyətsiz olan taktikaya inadla riayət etməyə davam edirlər. Bu cür yanaşmanın mənasız olduğunu anlamaq üçün hələ neçə il lazımdır – daha 30, 130, 230 il?”, - kanal müəlifləri sual edirlər və qeyd edirlər ki, “cavabları Ermənistan cəmiyyəti özü tamalıdır”. **
R.Əhmədov