“Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) Agentliyi avtobusların satınalınmasına 168 min manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.azsaytına istinadən məlumat verir ki, «Great Motors» MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 168,445 min manatdır.
Avtobuslar “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC üçün alınır. **
B.Rüstəmbəyov