Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov turizmin inkişafı və qarşılıqı turist axınının artırılması üçün iki ölkə arasında quru sərhədlərin açılmasını zəruri hesab edir.
“Azərbaycan turizm sahəsində Rusiya üçün hər zaman cəlbedici olub. Lakin koronavirus psndemiyası səbəbindən Azərbaycana səfər edən Rusiya turistlərinin sayı azalıb, amma quru sərhədlərin açılması, o cümlədən “Mir” ödəniş kartının istifadəyə verilməsi RF-dən Azərbaycana turist axınının artırılmasına şərait yarada bilərdi”, - Boçarnikov çərşəbə günü keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmçinin Rusiya Azərbaycana iki ölkə arasında hava əlaqəsini aktivləşdirməyi və uçuşlar həyata keçirən aviaşirkətlərin sayını artırmağı təklif edib. **
E.Şəfiyev