Azərbaycan Daxili İşlər Naziriyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov Rusiya DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri İvan Qorbuov ilə videoformatda işçi görüşü keçirib.
“Hümbətov və Qorbunov Rusiya və Azərbaycanda narkotik ilə hazırki vəziyyətlə bağlı məlumat mübadiləsi həyata keçiriblər, narkotiklərin qaunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutublar”, - Rusiya DİN-dən məlumat verilir.
Həmçinin, tərəflər operativ mühüm məlumatın mübadiləsinin aktivləşdirilməsinin, narkotiklərin qaçaqmalçılıq yolu ilə tədarükünün təşkili üçün cinayətkar qruplaşmaların Xəzər dənizi hövzəsindən istifadə ilə əlaqədar hərtərəfli əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıblar.
“Həmsöhbətlər bu görüşün iki dövlətin təhlükəsizliyi naminə yeni keyfiyyətcə səmərəli münasibətlərin çıxış nöqtəsi olacağına əminlik ifadə ediblər”, - məlumatda vurğulanır. **
E.Şəfiyev