2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye zonalarındakı müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Cabbarov Facebook hesabında yazıb ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 76% artıb.
Həmçinin, nazir qeyd edib ki, məhsul satışından əldə edilən məbləğin 191 milyon manatı ixracın payına düşür. (+38%). **
B.Rüstəmbəyov