Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın müdafiə nazirinin müavini, parlamentin üzvü Ceyms Hippi ilə görüşüb.Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər Böyük Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya, enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Hippi iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Bakının Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
“Tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **
E.Şəfiyev