İordaniya İş Adamları Assosiasiyası (JBA) Azərbaycanla İşgüzar Şuranın yaradılmasının planlaşdırıldığını bildirib. “İnterfaks-Azərbaycan” agentliyi bu barədə İordaniya mətbuatına istinadən xəbər verir.
JBA nümayəndələri “Dubai EXPO 2020” sərgisi çərçivəsində müxtəlif iqtisadi institutlarla ikitərəfli görüşlər keçiriblər.
JBA fəaliyyət göstərdiyi 37 il ərzində 28 birgə işgüzar şura yaradıb, 50-dən çox ölkə ilə 29 anlaşma və əməkdaşlıq memorandumu imzalayıb.*
E.Şəfiyev