Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakının sülh sazişinin 5 baza prinsipinə dair təkliflərinə cavab verib.
“Mən sülh sazişini imzalamağa hazır olduğumu dəfələrlə demişəm. Lakin Bakı bəyan edir ki, beş təklif cavabsız qalıb. Lakin mən bu məsələni ətraflı şərh etdim, bəyan etdim ki, Ermənistan tərəfi bu təkliflərə yazılı cavab verib və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi vasitəsilə Azərbaycana təqdim edib”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.*