Təl-Əvivdə Azərbaycanın turizm nümayəndəliyi açılıb. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
“Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 17.3% çoxdur. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlayıb.*
E.Şəfiyev