Naxçıvan Muxtar Respublikasında məktəbdə aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsi uçub, nəticədə fəhlə işləyən üç nəfər ölüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Martın 31-i saat 12.00 radələrində Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində fəhlə işləyən üç nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hazırda Babək rayon prokurorluğu tərəfindən zəruri istintaq hərəkətləri icra edilir.*
E.Şəfiyev