Azərbaycanda koronavirus infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791,932 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 62 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9692 nəfərə çatıb.
Virusa yoluxmuş 781,889 min nəfər (sutka ərzində +24) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 351 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4489 (ötən gün 5122 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 701,673 min test aparılıb.*
E.Şəfiyev