Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılacaq. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib. Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.*
N.Abbasova