Martın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Tərəflər iqtisadi və sərmayə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulayıblar, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarını ölkəsinə səfərə dəvət edib. Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud dəvətə görə təşəkkürünü bildirib və dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.
“Telefon danışığı zamanı nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev