İşğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabrın 10-dan indiyədək 23 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“2020-ci ilin 10 noyabr tarixindən indiyədək Qarabağda və Şərqi Zəngəzurda 23 min hektar ərazi minalardan təmizlənib, 55 mindən çox mina, o cümlədən tank əleyhinə 10 min, piyada əleyhinə 19 min mina, 26 min partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə o, aprelin 1-də Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı bildirib.*
E.Şəfiyev