2021-ci ildə ANAMA-nın əməkdaşları tərəfindən Azərbaycanın azad edilmiş ərazilərinin 19 min hektarı minalardan təmizlənib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevabəyan edib.
“Azərbaycan bu ərazilərin bərpası işləri həyata keçirir, yüzlərlə insan doğma yurdlarına qayıdacağı günü gözləyir. Lakin bunun üçün həmin torpaqları bərpa etmək, minalardan təmizləmək lazımdır ki, məcburi köçkünlərin rahat və təhlükəsiz qayıdışı təmin edilsin”, - Abdullayev bu gün Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı konfransda çıxışıda bildirib.
Onun sözlərinə görə, ANAMA-nın əməkdaşları tərəfindən 19 min hektarı minalardan təmizlənib (Azərbaycanın azad edilmiş ərazilərin – İF). “Bu, ölkənin təsdiq edilmiş və ya ehtimal edilən minalanmış ərazilərin yalnız 20%-ni təşkil edir”, - Abdullayeva qeyd edib.
O vurğulayıb ki, 1992-ci ildən etibarən Azərbaycanda minaya düşərək 3,5 mindən çox insan həlak olub və xəsarət alıb.
“Üçtərəfli bəyanat imzalandığı andan etibarən isə (10 noyabr 2020-ci ildə Azərbaycan, Erməistan və RF iderləri arasında - İF) minaya düşərək 200-dən çox insan, həmçinin mülki şəxslər həlak olub və xəsarət alıb”, - Abdullayeva vurğulayıb.
O əlavə edib ki, Erməistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin çirkləmə səviyyəsinə baxmayaraq, Bakı bu istiqamətdə beynəlxalq birlikdən kiçik yardım alır. **
E.Şəfiyev