2022-ci il martın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 136,5 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,9% artıb.
Mart ayında AMB-nin valyuta ehtiyatları 0,3% və ya $21,5 milyon azalıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.*
A.Əzizov