Müdafiə Nazirliyi azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurda) minalardan təmizlənməsi işlərini davam etdirir, ümumilikdə 14,47 min hektar ərazi təmizlənib. Bu barədə nazirliyin nümayəndəsi Mehman Daşdəmirov məlumat verib.
“Minalardan təmizləmə işlərinin həyata keçirilməsi üçün Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında əlahiddə batalyon yaradılıb. Hazırda bu batalyon Ağdam rayonunda dislokasiya olunub. İndiyədək Müdafiə Nazirliyinin xətti ilə Qarabağ və Şərqi Zəngəzurda 14,47 min hektar ərazi təmizlənib, 17 563 mina və partlamamış sursat aşkarlanıb”, - deyə o, bu gün Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.*
E.Şəfiyev