Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)əməkdaşlarına təlim keçmək məqsədilə agentlik ilə koordinasiyada fəaliyyət göstərir. Bu barədə MAG-ın nümayəndəsi Qreq Krouter bəyan edib.
“Vəzifələrin planaşdırılması, inteqrasiya edilmiş operativ idarəetmə, kollektiv sığorta və digər sahələrdə biliklərin artırılması məqsədilə ANAMA ilə koordinasiyada işəyirik”, - Krouter bu gün Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti vəDayanıqlıİnkişafMəqsədləri” adlı konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda Goradizdə MAG-ın təlimatçıları ANAMA-nın 20 əməkdaşına təlim keçirlər.
2021-ci ilin dekabr ayında ANAMA ilə MAG təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, MAG Agentliyin yeni supervayzerləri üçün praktiki təlimlər keçirƏCƏK. Bundan başqa, minatəmizləmə üzrə məsəhət xidmətlərinin göstərilməsi panlaşdırılır.
Azərbaycanda layihənin reallaşdırılması ABŞ və Kanada tərəfindən maliyyələşdiriləcək. **
E.Şəfiyev