London və Bakı Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə hazırlaşır. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpbəyan edib.
“Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın aylarda Londonda baş tutmalıdır. İclasın gündəliyinə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru, səhiyyə məsələləri daxil olacaq”, - Şarp “İnterfaks-Azərbaycan”a bildirib.
Britaniya şirkətlərinin Azərbaycana sərmayələri barədə sualı cavablandırarkən Şarp bəyan edib ki, investisiyaların əksəriyyətinin neft-qaz sektoruna yatırılmsı davam edəcək, “ancaq biz gələcəkdə qeyri-neft sektorunun inkişafı üzərində işləyirik”.
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın son iclası 2021-ci ilin may ayında Bakıda keçirilib. Azərbaycan tərəfindən Komissiyanın həmsədri energetika naziridir. **
E.Şəfiyev