2021-ci ilin yekunları üzrə “Xalq Sığorta” şirkətinin xalis mənfəəti 5 milyon 29 min 191,31 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Xalq Sığorta” 2020-ci ilin yekunları üzrə maliyyə göstəricilərini açıqlamayıb.
“Xalq Sığorta”nın auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2021-ci ildə şirkətin gəlirləri 38 milyon 29,111 min manat, o cümlədən sığorta haqları 35 milyon 632,878 min manat (2020-ci illə müqayisədə artım 14,3% - İF), investisiya gəlirləri 2 milyon 279,827 min manat təşkil edib. Hesabat dövründə şirkətin xalis mənfi sığorta ehtiyatları 940,121 min manata bərabər olub.
2021-ci ildə şirkətin xərcləri 32 milyon 999,92 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 21 milyon 820,5 min manat (2020-ci illə müqayisədə artım 22,3% - İF), qaytarılan sığorta haqlarının həcmi 706,004 min manat, təkrar sığortaya yönəldilmiş sığorta haqları 1 milyon 525,704 min manat, işlərin aparılma xərcləri 7 milyon 686,521 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Ötən il “Xalq Sığorta”nın aktivləri 6,5% - 80 milyon 343,494 min manatadək artıb, öhdəlikləri 0,6% - 26 milyon 125,116 min manatadək azalıb, kapitalı isə 10,2% - 54 milyon 218,378 min manatadək artıb. Şirkətin nizamnamə kapitalı 58 milyon 750,5 min manat səviyyəsində qalıb.
“Xalq Sığorta” şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığorta haqlarının yığım həcminə görə Azərbaycanın 10 aparıcı şirkəti sırasına daxildir. Səhmdarları bir neçə fiziki şəxsdir.**
X.Nəsirzadə